“Aİ-98” markalı benzinin bahalaşması nə ilə nəticələnək? - İZAH

“Aİ-98” markalı benzinin bahalaşması nə ilə nəticələnək? - İZAH
2021-ci ilin avqustun 1-dən Azərbaycanda "Aİ-98” markalı avtomobil benzinin 1 litrinin pərakəndə satış qiyməti 5 qəpik artırılaraq 1,6 manata çatdırılıb.

Bir neçə gün öncə "Aİ-95” premium markalı benzinin də qiyməti 5 qəpik artırılıb. Hazırda yanacaqdoldurma məntəqələrində həmin benzinin 1 litri 1,45 manata satılır. 

Sfera.az bildirir ki, Azərbaycanda "Aİ-98” markalı avtomobil benzinin istehlak miqdarı azdır. 2021-ci ilin yanvar-may ayları ərzində 59 min ton "Aİ-95” benzini idxal edildiyi halda, "Aİ-98” markalı benzinin idxalı 1217 ton olub. 

"Aİ-98” markalı benzinin idxalı 2020-ci ildə 2654 ton, 2019-cu ildə 1860 ton idi. 

İdxalın miqdarına təsir edən əsas amil qiymətdir. "Aİ-98” markalı benzinin bahalaşmasından sonra onun istehlakı azalacaq. 

Vasif 
Sfera.az


OXŞAR XƏBƏRLƏR