“Telefonun yaxınlığında məxfi söhbətlər etməyin, dinləyirlər” – Mark Şerman
12:40 / 03.08.2021
1738
Rusiyalı ekspert Mark Şerman bildirib ki,
smartfonun yanında məxfi informasiyalar müzakirə edilməməlidir.
"Bir çox istifadəçi dəfələrlə aşkar edib ki, hər
hansı mövzunun müzakirəsindən az sonra sosial şəbəkələrdə və axtarış sistemlərində
həmin mövzu ilə bağlı reklam görüntülənir. Bununla əlaqədar belə bir sual
meydana çıxır: telefonun yanında, yaxud
telefon danışığı zamanı hansı mövzuları müzakirə etmək olmaz?”
Sfera.az-ın RİA "Novosti”yə istinadla məlumatına
görə, "B&C” kommunikasiya agentliyinin idarəedici tərəfdaşı Mark Şerman
"Praym” agentliyinə verdiyi açıqlamada məhz bu haqda danışıb.
"Telefonunuzun söhbətlərinizi gecə
-gündüz dinlədiyinə dair heç bir dəlil yoxdur,
buna baxmayaraq, telefonun yanında məxfi məlumatları müzakirə etmək
tövsiyə edilmir", - deyə ekspert xəbərdarlıq edib.
Agentliyin həmsöhbəti əmindir ki, məxfiliyin
gözlənilməli olduğu əsas müzakirə mövzusu maliyyə məsələləridir. Çünki
fırıldaqçılar sizin şəxsi məlumatlarınızı oğurlayıb, onlardan öz bank hesablarına yatırım etmək üçün
istifadə edə bilərlər.
Sfera.az