“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir

“Taliban” Əfqanıstanda böyük şəhərləri ələ keçirdi: Laşkar Qax uğrunda döyüş gedir
ABŞ aviasiyasının  və Əfqanıstan hökumət qüvvələrinin davamlı hava zərbələrinə baxmayaraq, Laşkar Qax bütün gecə silahlıların güclü atəşi altında olub.
 
Sfera.az-ın Pravda.ru-ya istinadla məlumatına görə, taliblərin  televiziya stansiyasını ələ keçirdiyi barədə məlumatlar var. Avqustun 2-də Əfqanıstan İnformasiya Nazirliyi  Hilmənd əyalətində 11 radio və dörd televiziya şəbəkəsinin "taliblərin hücumu təhlükəsi" səbəbilə yayımını dayandırdığını açıqlayıb.
Daha əvvəl kəndlərdən  qaçan minlərlə insan şəhər binalarına sığınıb.

Hilmənd Amerika və Britaniya  hərbi kampaniyalarının mərkəzi idi, odur ki,  əyalətin "Taliban”ın nəzarətinə keçməsi Əfqanıstan hökumətinə ciddi zərbə vuracaq.

Laşkar Qax düşmənə yenilsə, 2016 -cı ildən bu yana "Taliban” tərəfindən fəth edilən ilk əyalət paytaxtı olacaq.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR