Azərbaycan əhalisinin gəlirləri açıqlandı
İqtisadiyyat
21:05 / 22.06.2016
1612
2016-cı ilin yanvar-may aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,3% artaraq 17 milyard 511,6 milyon manata çatıb.
Sfera.az xəbər verir ki, bu barədə
Dövlət Statistika Komitəsi (DSK) məlumat verib.
Əhalinin
hər nəfərinə düşən gəlirlər isə 1822,9 manat və ya ayda orta hesabla 364,6
manat təşkil edib.
Gəlirlərin
79,4%-i son istehlak xərclərinə (təxminən 14 milyard manat - red.), 9,5%-i
vergilərin, sığorta və üzvlük haqlarının, 2,8%-i kreditlər üzrə faizlərin ödənilməsinə
sərf edilib (təxminən 490 min manat - red.), 8,3%-i isə yığıma yönəldilib.
Bütün
icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 15 milyard
846,9 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 1649,6 manat vəsait
qalıb.