Azərbaycanlı sənətçilərdən Türkiyəyə yardım: Hər biri 100 fidan göndərəcək

10:52 / 31.07.2021
1369
Azərbaycanlı
sənətçilər yanğınlardan əziyyət çəkən Türkiyəyə yardım etmək üçün yeni axım
başladıb.
Bəstəkar-müğənni Murad Arif bildirib ki, Türkiyədəki
yanğınların közü azərbaycanlıların da ürəyində duyulur:
"Şəxsən mən bu yanğını söndürməyə çarəsizəm. Amma Tünzalə Ağayevanın çağırışına qoşularaq öz adımdan 100 körpə ağac şitili göndərmək istəyərdim”.
Günay Rəsulqızı
Sfera.az
Sfera.az
bildirir ki, hər sənətçi öz adından qardaş ölkəyə 100 fidan göndərəcək.
Axıma
qoşulan ilk sənətçilərdən biri Xalq artisti Tünzalə Ağayeva olub. O, məhv olan
meşələrin yenidən canlandırılması üçün 100 fidan bağışladığını açıqlayıb.
"Qardaş
Türkiyəmizdə yanğın hadisəsi hər birimizi üzür. Orada meşələr,
burada canımız yanır. Yanğını söndürməyə çalışanlara Allah güc versin. Uzaqdan
bu yanğına mane olmaq mümkün deyil. Amma yaxşı bir #challenge qoşuluram. Meşələrin
yenidən canlanması üçün 100 fidan da mən hədiyyə edirəm. Bu estafeti Zamiq
Hüseynov, Abbas Bağırov və Murad Arifə ötürürəm", - deyə müğənni qeyd
edib.
İfaçı Zamiq Hüseynov da çağırışa dəstək olub:
"Qardaş Türkiyə çox
ağır günlər yaşayır. Onu kənardan izləmək bizim üçün ağrılıdır. Meşələr
yanır, təbiət məhv olur, heyvanlar ölür. Evimiz, canımız yanır. Çalışan bütün
qardaşlarımıza Allah kömək olsun. Meşələrin yenidən canlanması üçün 100 fidan
da məndən”.
"Şəxsən mən bu yanğını söndürməyə çarəsizəm. Amma Tünzalə Ağayevanın çağırışına qoşularaq öz adımdan 100 körpə ağac şitili göndərmək istəyərdim”.
Günay Rəsulqızı
Sfera.az