İndiyədək 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi

İndiyədək 187 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.

AQTA-dan Sfera.az-a verilən məlumata görə həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq "Rosselxoznadzor" tərəfindən 3 avqust 2021-ci il tarixindən daha 34 pomidor istehsalı müəssisəsi və 1 kooperativdən (kooperativə 8 müəssisə daxildir) də bu ölkəyə pomidor ixracına icazə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 187 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329 729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184,5 %-ni təşkil edir.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...