Məşhur azərbaycanlı ifaçıların işbirliyi bitdi

Maqazin
14:38 / 30.07.2021
1003
Rusiyanın Azərbaycan əsilli populyar müğənnisi Jony (Cahid Hüseynli) digər həmyerlimiz Elman Zeynalovla işbirliyinə son qoyub.
Sfera.az xəbər verir ki, bu barədə gənc ifaçı öz instaqram səhifəsində məlumat verib. O, Elman və Andro ilə 2018-ci ildə yaratdığı "RAAVA Music” şirkəti ilə yollarını ayırdığını açıqlayıb.
Jony müqaviləsinin bu il bitdiyini deyib. Yenidən əməkdaşlıq istəməyən müğənni müstəqil bir sənətçi olaraq karyerasına davam etməyin vaxtının gəldiyini vurğulayıb. // "Qafqazinfo”