Türkiyədə yanğınlarda xəsarət alanların sayı AÇIQLANDI

Dünya
19:57 / 29.07.2021
2069
Türkiyədə meşə yanğınları nəticəsində azı 183 nəfər xəsarət alıb.
Sfera. az"Haber61”ə istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemirli deyib. Məlumata görə, hazırda 15 nəfər xəstəxanada müalicə alır, digərləri evə buraxılıb, 3 nəfər isə dünyasını dəyişib.
Qeyd edək ki, Manavqatda başlayan yanğınlar Bodruma da yayılıb. Otellərdəki turistlər təxliyyə edilir.