“Bu gün hansı azərbaycanlı 800-1000 manata kirayədə qala bilər?” – Tələbələrin gəlişi ilə qiymətlər daha da qalxacaq...

“Bu gün hansı azərbaycanlı 800-1000 manata kirayədə qala bilər?” – Tələbələrin gəlişi ilə qiymətlər daha da qalxacaq...
Bu gün paytaxtda kifayət qədər kirayə mənzillər var, ancaq pandemiyanın təsirsiz ötüşmədiyi sahələrdən biri də məhz kirayə ev bazarı oldu. Evlərin alqı-satqısı ilə yanaşı, mənzillərin kirayəsində də müəyyən dəyişikliklər, əsas da qiymətlərin artımı müşahidə edilir. 
 
Sfera.az-ın əməkdaşı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevlə kirayə mənzil bazarı ətrafında həmsöhbət olub. Həmin qısa müsahibəni təqdim edirik:
 
- Elnur bəy, hazırda kirayə mənzil bazarı ilə bağlı vəziyyət necədir? Durğunluq müşahidə edilir ya canlanma?

- Maraqlıdır ki, indi köhnə binalara təlabat artıb. Söhbət təxminən 300-400 manat civarında olan evlərdən gedir. Bir çox köhnə binalar sökülür, yerində yeni binalar tikilir.  Həmin beşmərtəbəli binalar söküləndə sakinlər evləri tikilib təhvil verilənə qədər məcbur qalıb kirayəyə çıxırlar. Bu proses minimum iki il çəkir. Ondan əlavə, bütün binalarda sırf kirayə üçün müxtəlif mənzillər olur. Belə olan zaman evlər də sıradan çıxır, yeni tikililərdə isə həmin mənzillərin kirayə qiymətləri eyni olmur, iki dəfəyə qədər artır. Təzə binalara isə tələb yoxdur desək, yanılmarıq. Çünki qiymətlər çox bahadır. Ordada da daha çox xarici tələbələr, xarici şirkətlərdə işləyən şəxslər, iş adamları qalırdılar. Pandemiya ilə əlaqədar ali təhsil müəssisələri bağlandı, bir çox xarici şirkətlər fəaliyyətini dayandırıb geri döndü və.s. Bu baxımdan həmin sahə boş vəziyyətdə qaldı. Bu gün hansı azərbaycanlı 800-1000 manata kirayədə qala bilər? Aylıq 1000 manat kirayə verə biləcək adamın təbii ki, ev almaq gücü də var. Hazırda yeni tikili binalarda vəziyyət pandemiya dövründəki kimidir. Düzdür, bəziləri qiyməti nisbətən aşağı salıb, bəziləri hətta evləri ofis kimi kirayəyə verir. Yeni tikililərin öz xərcləri var ki, onlar ödənməlidir və bu təmin olunsun deyə, məcburən onu hansısa qiymətə verməyə çalışırlar.

- Bəs qiymətlərlə bağlı vəziyyət necədir? Növbəti aylarda artım ola bilərmi?

- Bilirsiniz, yay mövsümü, turizm sahəsinin aktiv fazaya keçməsi ilə bağlı şəhərdə işləyənlərin əksəriyyəti artıq bölgələrdədirlər. Bu baxımdan köhnə binalarda kirayə mənzillərin qiyməti olduğu kimi qalır. Bu gün qeyri-rəsmi statistikaya əsasən, Bakıda 3 milyondan yuxarı insan olur. Ölkənin yarısına qədər bir hissəsi paytaxtda olduğuna görə, tələbat çoxdur, qiymətlər artır. Sırf sərt karantin  dövründə - təhsil müəssisələri bağlandı, tələbələr getdilər, rayon qeydiyyatında olan adamlar geri qayıtdılar, əksər iş yerləri qapandı və kirayə evlər boş vəziyyətdə qaldı. Lakin icazə sistemi mövcud olduğu zamanda bağ evləri, həyət evlərinin kirayə qiymətləri artdı, bina evlərinin kirayə qiymətləri təxminən 50-100 manat civarında düşdü. Amma hazırda pandemiyadan əvvəlki qiymətlərə qayıdıb. Bu rəqəm təxminən 300-400 manat, üçotaqlı evlərdə 500 manata qədər dəyişə bilir. Tələbat daha çox 250-400 manat arasında olan evlərədir.

- Bilirsiniz, bir neçə müddətdən sonra tələbələrin yenidən şəhərə qayıtma ehtimalı var. Bu faktor kirayə mənzillərin qiymətinə təsir edə bilərmi?

- Dərslər açılanda tələbələr üçün ev tapmaq problemi olacaq. Universitetlərin çoxu Yasamal ərazisində, mərkəzə yaxın yerlərdədir.  Bir tələbənin kənarda – Xırdalan, Günəşli  kimi yerlərdə kirayə tapıb qalması həm ən azı iki saat vaxtını alır, həm də yol xərcini artırır. Bu məsələ ilə bağlı biz illərdir danışırıq. Tələbə bir ölkənin gələcəyidir. Amma Azərbaycanda illərdir ki, tələbələrin ev problemi həll olunmur. Birinci Qarabağ müharibəsində məcburi köçkünlər paytaxta üz tutdular, onlar daha yataqxanalara yerləşdirildilər. Nəticədə yataqxanalar tələbələrin əlindən çıxdı. Doğrudur, mütəmadi olaraq dövlət layihəsi keçirilir, məcburi köçkünlərin böyük hissəsi evlərlə təmin edilir, amma artıq həmin yataqxanalar yaşayış üçün yararsızdır, təhlükə mənbəyidir, orda yaşamaq mümkün deyil. 

- Bəs problemin həll olunması üçün hansı addımlar atılmalıdır?

- Məcburi köçkünlərin sığındığı yataqxanaların böyük əksəriyyəti boşaldılıb, amma torpaqları qalır. Həmin torpaqlar üzərində tələbələr üçün yataqxanalar tikə bilərlər və onlara pulsuz deyil, minimal qiymətə kirayə verə bilərlər. Adambaşına tutaq ki, 50-80 manata. 4-5 ildən sonra tikintiyə qoyulmuş xərc də çıxır, geri dönüş edir. Yaxud yataqxananı tikdirən təhsil müəssisəsinin büdcəsinə kirayələrdən gəlir daxil olur, həm də tələbələrin kirayə mənzil problemləri öz həllini tapır. Elə tələbələr var ki, universitetə qəbul olsalar da, valideynlərinin imkansızlığından oxuya – kirayə, kommunal, yol xərclərini ödəyə bilmirlər.  Əgər qeyd etdiyim addım atılsa, həm də kirayə mənzil bazarında qiymətlərin stabilliyi təmin olunar. Təsəvvür edin, hər il sentyabr ayında Bakıya minlərlə tələbə gəlir və hamısı ev axtarışında olur. İmkanı olanlar bina evində, imkanı olmayanlar da "Sovetski”  və digər ərazilərdə həyət evlərində ucuz qiymətə qalırdılar. O ərazilərin də böyük hissəsi yoxdur, sökülüb. Normalda bir otaqda iki tələbə qalmalıdırsa, qiymətin baha olması və ev qıtlığına görə bir otaqda 3-4, hətta 5 tələbə qalır. Həmişə bütün vəziyyətdən çıxış yolu var, sadəcə addım atılmalıdır.

Günay Rəsulqızı
Sfera.az




 


OXŞAR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdar...

Energetika naziri “İstanbul Enerji Forumu”nda iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.   Bu barədə ...

BuBu universitetdə təkrar ali təhsilə qəbul sayı 2,5 dəfə artdı

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2024/2025-ci tədris ili üzrə təkrar ali təhsilə qəbulun nəticələri açıqlanıb.   Sfera.az xəbər verir...

Ermənistan rəhbərliyinin COP29 iştirak etməməsi sülh prosesinə necə təsir edəcək? - AÇIQLAMA

“Ermənistan rəhbərliyinin COP29 tədbirində iştirak etməməsi sülh prosesinə mənfi təsir etməyəcək”.   Bunu Sfera.az-a açıqlamasında polito...

Baş nazir QƏRAR İMZALADI

Nazirlər Kabineti “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqınd...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...