Türkiyədə 6 şəhərdə dəhşətli yanğın baş verdi: Yüzlərlə insan təxliyə edildi - FOTOLAR

Türkiyədə 6 şəhərdə dəhşətli yanğın baş verdi: Yüzlərlə insan təxliyə edildi - FOTOLAR
Türkiyənin bəzi bölgələrində silsilə meşə yanğınları baş verib.

Sfera.az bildirir ki, hadisə ölkənin Osmaniyə, Adana, Mersin, Kayseri və Uşak rayonlarında qeydə alınıb. 

Belə ki, Osmaniyənin Qaracalar kəndində çıxan meşə yanğınına hava və quru yollardan müdaxilə edilib, yaxınlıqdakı vətəndaşlar şəhərin mərkəzinə enib. Adananın Kozan adlı hissəsində axşam saatlarında yanğın başlayıb, küləyə görə geniş ərazini əhatə edib. O cümlədən qabaqlayıcı tədbir məqsədilə, 4 kənd boşaldılıb.

Mersində isə günorta saatlarında başlayan yanğına görə əraziyə helikopter cəlb edilib, Durağan və Yenikaş məhəllələrində 52 ev boşaldılıb, 157 nəfər təhlükəsiz yerlərə köçürülüb. İndiyə qədər 20 hektar ərazinin zərər gördüyü bildirilib.

Həmçinin Uşak bölgəsində iki fərqli iş yerinin yanında başlayan yanğın panikaya səbəb olub. Lakin qısa müddətdən sonra yanğın söndürülüb. 
 
Oxşar hadisə Kayseridə də günorta saatlarında müşahidə edilib. 

Xatırladaq ki, bundan öncə  Türkiyənin turizm mərkəzi Antalyanın Manavqat rayonunda güclü meşə yanğınları başlamışdı.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bakının bu ərazisi işıqsız qalacaq

Bu gün Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində elektrik enerjisi verilişində fasilə yaranacaq.   Bu barədə Sfera.az "Azərişıq" ...

Kallasdan Ermənistana: "Tərəfdaşlığımızı dərinləşdirmək istəyinizi alqışlayırıq"

“Siyasi birlik İrəvanın tərəfdaşlığı dərinləşdirmək niyyətini alqışlayır”.    Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəb...

Dostluq körpüsü uçdu: 18 nəfər itkin düşdü

Çin və Nepalı birləşdirən körpü daşqın nəticəsində uçub.   Sfera.az xəbər verir ki, hadisə zamanı 18 nəfər itkin düşüb.   İtkin düşmüş şəx...

Sertifikasiya ilə işdən çıxarılanlar hansı fənlərin müəllimləridir? - AÇIQLAMA

Müəllimlərin təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 3338 nəfər iştirak edib. Onlardan 1328 nəfəri keçid balını toplayaraq növbəti mərhələ olan müsahib...

Yayın ən şanslı 3 bürcü BUNLARDIR

2025-ci ilin yay fəslində ulduzlar bəzi bürclərə xüsusi şans vəd edir.    Sfera.az xəbər verir ki, astroloqların proqnozlarına görə, bu ilin iyu...

Bu quruma rəis və rəis müavini təyin olundu - FOTO

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 8 saylı Şərqi Zəngəzur Region...