Ramazan ayında susuzluğun qarşısını almaq üçün bir neçə tövsiyə

Ramazan ayında susuzluğun qarşısını almaq üçün bir neçə tövsiyə
Oruc zamanının uzun olması, havanın isti olması - oruc tutan insanın diqqət etməli olduğu nöqtələrdən biridir. Bəs nə edək ki, bədənimizin susuzluğunun qarşısını effektiv ala bilək?

Yəqin ki, bir çoxlarınız bilir ki, insan bədəninin 60%-ni su təşkil edir. Əgər insan gün ərzində kifayət qədər su qəbul etməzsə, bir çox çətinliklər meydana gələ bilər. O cümlədən: dəri quruluğu, qəbizlik, baş ağrısı, yorğunluq kimi.

Deyerler.org bildirir ki, ona görə də mütəxəssislər məsləhət görürlər ki, oruc tutan insan iftar zamanı su içməklə yanaşı, tərkibində daha çox suyu olan meyvə və tərəvəzlərdən də istifadə etməlidir. Bu tərəvəzlər və meyvələr həm bədəni su ilə təchiz edər və həm də lazım olan vitamin və mineralları bədənə çatdırar. Bu meyvə və tərəvəzləri tanıyaq ki, onlardan istifadə edək:

Xiyar

Tərəvəzlər arasında xiyar ən çox suya malik olan tərəvəzdir. Xiyarın 90%-ni su təşkil edir. Bu tərəvəz liflə zəngin olduğu üçün, suyu bədəndən tədricən dəf edər və susuzluğun qarşısını alar.

Kahı

Kahının 95,5 %-ni su təşkil edir. Bu tərəvəz su ilə yanaşı, çox sayda vitaminlə zəngindir, o cümlədən K vitamini ilə.

Qarpız

Qarpız o meyvələrdəndir ki, 91,5 %-ni su təşkil edir. Qarpız yay fəslində istifadə olunan ən faydalı meyvədir.

Yemiş

Yemiş ən az kaloriyə malik olan sulu meyvədir ki, tərkibində 90% su vardır. Bu meyvənin yarısını yemək bədənə 50 kalori enerji verər. Bədənin C vitamininə və karotinə olan ehtiyacını təmin edər.

Çiyələk

Çiyələyin tərkibində 91% su vardır. Bu meyvə həm ləzzətlidir və həm də yay fəzlində bədəni su ilə təmin edər.

Alma, yetişmiş banan, kivi, şaftalı, ispanaq, kök, təzə nanə də yay fəslində ən çox yeyilməli olan meyvə və tərəvəzlərdəndir.

Bunu qeyd edək ki, tərkibində kofein olan içkilər insanı tez susuzladar. Həmçinin kəskin ədviyyatlı yeməklər, yağlı və qızartma yeməkləri də insanda susuzluq hissini tezləşdirər.

OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...