Hazırda dünyada bu qədər təbii fəlakət niyə baş verir? - FOTOLAR

Hazırda dünyada bu qədər təbii fəlakət niyə baş verir? - FOTOLAR
Alimlər son günlər dünyada baş verən təbii fəlakətlərin səbəbinin nə olduğuna aydınlıq gətirib.

Sfera.az "Bloomberg” agentliyinə istinadən xəbər verir ki, sözügedən bu təbii fəlakətlərə səbəb qlobal iqlim dəyişikliyidir.

Vurğulanır ki, bu prosesi hələ ki, dayandırmaq mümkün görünmür.

Məlumatda deyilir ki, son zamanlar KİV-də Qərbi Avropa və Çində daşqınlar, ABŞ və Kanadada anomal istilər, Sibirdə meşə yanğınları, həmçinin Türkiyə və Şimali Afrika ölkələrində hava temperaturunun rekord hesab olunan 50 dərəcə olması barədə tez-tez məlumatlar yayılır. 

Alman meteoroloq Yohannes Kvaasın sözlərinə görə, dünya üzrə iqlimin dəyişikliklərə reaksiyası dərhal baş vermir. Bu gün müşahidə edilən hadisələr onilliklər öncə atmosferə düşmüş tullantıların nəticəsidir. Belə ki, planet sənayeyə qədərki dövr ilə müqayisədə 1,2 dərəcə isinib.

Bununla yanaşı, "Bloomberg” agentliyi yazır ki, bəşəriyyət zərərli maddələrin azaldılması ilə bağlı məqsədlərini yerinə yetirsə belə, istiləşmədən qaçmaq mümkün deyil. Əsrin sonuna qədər Yer kürəsində temperatur 0,3-0,8 dərəcə yüksələcək.

Alimlər qeyd edir ki, əvvəlki araşdırmaların düzgün nəticələrinə baxmayaraq, iqlimin qlobal dəyişməsi templərinin azaldılması ilə bağlı dəqiq proqnoz vermək olmaz. Belə ki, bu cür eksperiment tarixdə ilk dəfədir aparılır.

OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...