ABŞ İraqdan çıxır – Müqavilə imzalandı

ABŞ İraqdan çıxır – Müqavilə imzalandı
ABŞ Prezidenti Co Bayden və İraq baş naziri Mustafa Kazımi ABŞ-ın İraqdakı döyüş missiyasını bitirməyi şərtləndirən sənədi imzalayıblar. 
 
Sfera.az xəbər verir ki, Vaşinqtonda imzalanan müqaviləyə əsasən, ABŞ 2021-ci ilin sonunadək İraqdan çıxacaq.

Bu, 18 ildən çoxdur İraqda olan ABŞ əsgərlərinin buradakı varlığının rəsmi formada sona çatması deməkdir.

Beləcə avqust ayında ABŞ qüvvələrinin Əfqanıstandan çəkilməsinin başa çatması ilə ABŞ-ın xaricdə davam etdirdiyi iki müharibə sona çatacaq.
Xatırladaq ki, hər iki ölkədə müharibəni o zamankı respublikaçı prezident Corc Buş başlatmışdı. 

Əzizə Zeynal
Sfera.az 



OXŞAR XƏBƏRLƏR