İsveçrə qəzetində Azərbaycanın səfirinin Dağlıq Qarabağla bağlı məqaləsi çap edildi

İsveçrə qəzetində Azərbaycanın səfirinin Dağlıq Qarabağla bağlı məqaləsi çap edildi

 

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallının həmin ölkənin "Neue Zürcher Zeitung” qəzetində "Dağlıq Qarabağla bağlı şərhlər” adlı məqaləsi çap edilib.

 

XİN-in mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, məqalə Stefan Müllerin sözügedən qəzetdə çap edilmiş "Mübahisəli Dağlıq Qarabağ: Qafqazın düyünü” adlı qərəzli məqaləsinə cavab olaraq yazılıb.

 

Məqalədə Ə.Zeynallı 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin cəbhə xətti boyunca yaşayış məntəqələri və mülki əhalini ağır artilleriya atəşinə məruz qoyduğunu, nəticədə mülki əhali arasında ölənlərin olduğunu, Azərbaycan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində cavab tədbirləri gördüyünü bildirib.

 

Səfir qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni yerləşməsi hazırkı təhlükəli vəziyyətin əsas səbəbidir və regional sülh və sabitliyi təhlükə altına qoyur. Müxtəlif təxribatlar və vəziyyəti gərginləşdirməklə, habelə işğal olunmuş ərazilərdə hərbi mövcudluğu artırmaqla, ərazilərin demoqrafik və mədəni xüsusiyyətlərini dəyişmək cəhdləri ilə, eləcə də burada qeyri-qanuni iqtisadi fəaliyyətlə

 

Ermənistanın açıq-aşkar şəkildə Azərbaycan ərazilərini ilhaq etmək niyyəti güddüyünü vurğulayıb.

 

Diplomat status-kvonun yolverilməzliyi və kövrəkliyi faktını ATƏT-in Minsk qrupunun da təsdiq etdiyini bildirib. Ermənistanın BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədən irəli gələn tələbləri, həmçinin digər beynəlxalq təşkilatların qərar və qətnamələrini qulaqardına vurduğunu qeyd edib.



OXŞAR XƏBƏRLƏR

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...