\"Atam məmur deyil, məni anam tək böyüdüb\" - FOTO

\

Sfera.az  Azərbaycanın builki "Eurovision" təmsilçisi, müğənni Səmra Rəhimlinin qafqazinfo-ya müsahibəsini təqdim edir.

- Sizi fərqli gördük. Çəki atmısız?

- Arıq idim, indi hələ kökəlmişəm. Şəkillər və videolarda kök düşürəm. Yəqin ki, kameralar mənə çəki verir.

- Efir sizi sevmir?

-Yox, sevir (gülür). Niyə sevmir ki?

- Sizin haqqınızda bir iddia irəli sürüldü ki, müsabiqədə səsvermə nəticələri ilə razı olmamısız və məsələ ilə bağlı Avropa Yayım Birliyini (EBU) məhkəməyə vermisiz...

- Birinci dəfədir ki, sizdən eşidirəm. Belə bir söhbət olmayıb. Kim nə səs vermişdisə, nəticələr də elə olmuşdu. Xalq səsverməsinə görə mən onluqda idim. Ancaq münsif səslərində hər şey dəyişdi. Əsas yarışmada iştirak etmək, ab-havanı hiss etməkdi. O tempdə işləmək tamam fərqlidir. Əvvəl bir işi görən zaman yorulurdum, indi isə tam əksinədir. Özümü gümrah və enerjili hiss edirdim, onları görmək nəyə desəz dəyər.

- Müsabiqə zamanı yerli münsiflər Ermənistan təmsilçisini ən sonuncu sırada qərarlaşdırmışdılar. Erməni münsif Erik Karapetyan isə sizə səs vermiş, ölkəsində tənqidlərə məruz qalmışdı. Bu barədə məlumatlısız?

- Bu barədə eşitmişdim. Amma tam olaraq maraqlanmamışdım. Musiqi və siyasət ayrı şeylərdir, onları qarışdırmasaq, daha yaxşı olar. Musiqi təmiz, pozitiv bir dünyadır. Mahnıya qulaq asanda fikirlərə gedirsən, səni elə bil harasa aparır. Problem olanda bundan uzaqlaşırsan, kədərini birgə yaşayırsan. Təbii ki, onu düşmən elan edəcəkdilər. Onların xoşuna gəlməyən addım atanda həmin şəxsi düşmən elan edirlər. Bizdə isə fərqlidir. Mən qısa geyindim, tənqid etdilər. Onlarda isə belə şey yoxdur, bir-birilərinə arxa dururlar. Görmüşdüm ki, bir erməni İvetanın geyimi barədə şərh yazmışdı. Onun açıq-saçıq çıxmağını tənqid etmişdi. Amma digər ermənilər həmin insanın üstünə düşdü. Bundan sonra İvetaya pis rəy yazan görmədim.

-  "O sevir" mahnısı ilə bağlı sual vermək istərdim. Mahnıya çəkilən klip öz rəsmi səhifənizdən silindi. AzTV-nin layihəsində iştirak etdiyinizə görə belə addım atdız?

- Hamı klipi başqa səhifələrdə yükləməyə başladı. Başqa səhifələri şikayət etməkdən bezmişdim. İstəyirdim ki, ancaq klipim öz hesabımda yayımlansın. Buna etirazımı bildirib sildim. İndi isə rəsmi səhifəmdə yerləşdirmişəm. Bu, AzTV ilə bağlı deyil.

- "Euorvision" təmsilçilərimiz bir ənənə yaradıb. Əksəriyyəti Azərbaycana qayıdan kimi passivləşirlər, heç bir iş görmürlər. Siz ənənəni pozacaqsız?

- İnşallah, dayanmaq fikrim yoxdu. Sizi sevindirəcəyəm. Ancaq Safura dayanmamışdı, klip və mahnılar üzərində çalışırdı. Sadəcə olaraq, kütlə bu tipli mahnılara hazır deyillər. İndi yeni nəsil gəlir, sevindirici haldır. Məni dəstəkləyənlərin əksəriyyəti gənclərdir. Plan qurmağı sevmirəm. Bu haqda da danışmağı xoşlamıram. Bu, o demək deyil ki, layihələrim barədə sizə məlumat verməyəcəm. Xeyr, sadəcə olaraq, pafoslu danışmaq istəmirəm. Bir layihəni reallaşdırıb sonra məlumat vermək istərdim. Yəni, boşuna səs çıxarmağı sevmirəm. Hələ ki, bir prodüser tərəfindən təklif gəlməyib. Ancaq özümə uyğun biri ilə çalışmaq istərdim. Çünki özüm-özümə xəyanət etmək istəmirəm.

- Xanım təmcilçilərimiz də ailə həyatı qurmağa üstünlük verirlər. Sizdə toy nə vaxtdır?

- (Gülür). Belə suallara cavab verməkdən qorxuram. Jurnalistlərdən çox özüm-özümə belə suallar verirəm. İnsan deyir ki, bunu heç vaxt etmərəm. Allah elə edər ki, sən bunu etməyə məcbur olarsan. Bir onu deyərəm ki, musiqi mənim üçün dəyərlidir. Bu sahəyə əmək vermişəm, həyatımı həsr edirəm. Evlənərsən, ərə gedərsən, amma sevgi soyuyur. Lakin musiqiyə olan sevgi soyumur. Allah necə yazıbsa, elə olur.

- Əcnəbi bəylə ailə həyatı qurardız?

- Əcnəbi və ya yerli, fərqi yoxdur. Beyni və düşüncəsi mənə yaxın olsun. Əsas öz insanını tapmaqdır. Qismətin harada olmasından xəbərsizik.

- Sırf ingilis dilində mahnılar ifa edəcəksiz?

- Keyfiyyətsiz müğənni və bəstəkarlar artıb. Ona görə də keyfiyyətsiz dinləyicilər meydana gəliblər. Mən Azərbaycan dilində də mahnılar ifa edəcəyəm. Amma öz cığırım var. Mən sənətimi Avropada yox, burada davam etsəm də itib batmayacağam. Onlardan biri deyiləm. Hamı bir stildə oxuyur, pul qazanmaq istəyir. Mən isə belə ola bilmərəm, insanın qanında olmalıdır. Onlara heç vaxt qaynayıb qarışa bilmərəm. Məsələn, Elnur Hüseynovu bizim estradakılarla bir tutmaq olmaz. O, "Aşk"ı bizimkilər kimi oxudu? Xeyr, o, fərqli ifaçıdır.

- Siz Azərbaycan və bir çox ölkələrdə məşhur olan "O ses Türkiye" yarışmasına qatıldız. Ancaq oradan çıxdıqdan sonra "Səs Azərbaycan"ın iştirakçısı olduz. Sizi bu addımı atmağa nə vadar etdi?

- Nə bilim, düşündüm ki, ilk layihədi, böyük uğur gətirəcək. Amma elə olmadı, heyfislənmirəm, böyük təcrübə qazandım.

- Biz "Eurovision"un mədəniyyət yarışması olduğunu bilirik. Ancaq artıq müsabiqə bitdi. Erməni təmsilçi İveta Mukuçyan hələ də yarışmada olduğu kimi siyasi çıxışlar etməyə başlayıb. Siz də statusunuzdan istifadə edib belə çıxışlar etməyə başlayacaqsız?

- Onun "bayraq" qaldırması çox ucuz hərəkət idi. Onun ölkəsində güclü siyasətçi yoxdu? Hansısa bir müğənni gəlib siyasətdən danışır. Mən müğənniyəm, mənə musiqidən sual verə bilərlər. Ölkəmi sevirəm, bağlıyam, sadəcə belə şeylər haqqında danışmağa haqqım yoxdu. Siz erməni təmsilçini söyürsüz, amma onlar olmayan faktlar irəli sürürlər. Siz heç olmaya gedin dil öyrənin, onlara cavab verin. Çox şeyi məndən gözləyirlər, amma özləri heç nə etmirlər.

- Sosial şəbəkədə ciddi tənqid olunursuz. Alovlu şərhlərə cavab kimi "vecimə deyil" cavabını verdiz, onları daha da qıcıqlandırdız. Daha yumşaq tərzdə reaksiya da verə bilərdiz...

- Məni dəstəkləyən həmişə dəstəkləyəcək, onlar məni belə sevirlər. Dəstəkləməyənlər isə bir gün dəstəkləyəcəklər. O şərhlər, həqiqətən, vecimə də deyil, heç nə olmaz.

- "Eurovision" iştirakçıları ilə əlaqə saxlayırsız?

- Hamısı ilə münasibətlərim əladı. Özüm də mehriban insanam, ətrafım da belədir. Pislik etmək niyyətində olan şəxslər deyillər. Məsələn, mən qrip oldum, biri sevinmədi ki, o xəstədi, yaxşı oxumayacaq. Tamam başqa aləmə düşmüşdüm. Burda isə fərqlidir. Bu ab-hava "O ses Türkiye"də də var idi. Müsabiqə iştirakçıları hələ də mənimlə əlaqə saxlayır. "O ses Türkiye"də müxtəlif ölkələrdən seçilmişdilər. Almaniya, İngiltərədən qatılanlar var idi. Onlar mənə deyirdilər ki, sənə səs yollamışıq və.s. Mehriban olmağımız çox yaxşı idi. Pislik etməklə heç nə olmur. Tutub palçığı kiməsə atısan, o çirk başqasına dəymir, sənin əlində qalır. Sənində qabağına pislik çıxar. "Səs Azərbaycan" iştirakçıları ilə əlaqəm yoxdu, demək olar ki, görüşmürük.

- Sizin barənizdə daha bir şey şayiə yayıldı ki, atanız vəzifəli şəxsdir. Bu, doğrudur?

- Mənim atam məmur deyil, anam tək böyüdüb. O, hər zaman yanımdadı, mənə dəstək olur.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...