Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO

Satıcının yatdığını görüb kassadan oğurluq etdi - VİDEO
Bakıda satıcının yatmasından istifadə edərək kassadan oğurluq edən şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs marketə daxil olub satıcının yatmasından istifadə edərək kassada olan pulları oğurlayıb və daha sonra hadisə yerindən yayınıb. Oğurluq edən şəxsin mağazaya daxil olması və kassadan oğurluq etməsi obyektin təhlükəsizlik kameraları vasitə ilə də lentə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Babayev saxlanılıb. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...

BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib

Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Z...