Azərbaycanda bəzi qanunlar bu zonada qüvvədə olmayacaq

Azərbaycanda bəzi qanunlar bu zonada qüvvədə olmayacaq

Prezident İlham Əliyev "Torpaq bazarı haqqında”, "Beynəlxalq xüsusi hüquq haqqında”, "Dövlət satınalmaları haqqında”, "Xüsusi iqtisadi zonalar haqqında”, "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunlarda edilmiş dəyişiklikləri təsdiqləyib.

Sfera.az xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkil edilməsi, bu bazarda iqtisadi və hüquqi məsələlərin tənzimlənməsi, xarici elementli mülki hüquq münasibətlərinə tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən qurumların akkreditasiyası, eləcə də həmin zonanın yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər, həmin zonada sahibkarlıq fəaliyyətinin təşkil olunması qaydaları "Ələt azad iqtisadi zonası haqqında” qanuna uyğun tənzimlənəcək, yuxarıda adları çəkilən qanunların müddəaları Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində malların (işlərin və xidmətlərin) satın alınmasına şamil edilməyəcək.

 


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...