Yelo Bank artıq Mərdəkanda

Yelo Bank artıq Mərdəkanda
Yelo Bank filial şəbəkəsini artırmaqla xidmətlərinin əhatə dairəsini genişləndirməyə davam edir. Bankın konsepsiyasına uyğun dizayn edilmiş yeni Mərdəkan filialı bütün müasir standartlara cavab verir.

Mərdəkan qəsəbəsinin girişi, Nüsrət Məmmədov küç. 1 ünvanında yerləşən filial bankın bu ərazidəki ilk filialıdır. Öz rahatlığı və funksionallığı ilə yanaşı, rahat yerləşimi ilə də seçilən filial Yelo Bankın "Parlaq Bankçılıq" şüarına uyğun cəlbedici və parlaq dizaynı ilə fərqlənir.

 

Müştəri xidmətinin sürətli və effektiv şəkildə təşkil olunması üçün filialda ən kiçik detallar belə nəzərə alınıb. Konseptual dəyişikliklər filialın xarici görünüşü ilə yekunlaşmır. Sadə, xüsusi zövqlə təmir edilmiş qəbul və gözləmə otaqları ilə eyni zamanda universal xidmət sistemi də sizi Mərdəkan filialında gözləyir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov daha bir filialın açılmasının bankın biznes hədəfləri və yeni strategiyasının həyata keçirilməsində növbəti addım olduğunu qeyd edib: "Yeni filial açmağımızın əsas məqsədi Yelo Bank tərəfindən göstərilən xidmətlərin əhatə dairəsini genişləndirməkdir. Bununla yanaşı, biz, rəqəmsal həllərimizin təkmilləşdirilməsi istiqamətində də çalışırıq. Əsas hədəfimiz ən qabaqcıl dünya təcrübəsinə əsaslanan və müasir tələblərə cavab verən xidmət səviyyəsini təmin etməkdir. Xidmətlərimizin müştərilərimizə mümkün qədər əlçatan olması üçün bu istiqamətdə inkişaf etməyə davam edəcəyik".


Açılış mərasimində Bakıda işgüzar səfərdə olan Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova da iştirak etmişdi. Xanım Kulişova görülən işlərlə tanış olub, filialın iş proseslərinin təşkili barədə ətraflı məlumat aldıqdan sonra filial komandasına uğurlar arzuladı.


Qeyd edək ki, Yelo Bank yaxın zamanda daha bir neçə yeni filialı müştərilərin xidmətinə verməyi planlaşdırır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram hesablarımıza yazın cavablandıraq!


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...