Tokio-2020: Rüstəm Orucov medalsız qaldı

Tokio-2020: Rüstəm Orucov medalsız qaldı

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

Sfera.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan 30 yaşlı idmançı Cənubi Koreya təmsilçisi An Çanqrimlə qarşılaşıb.

Dünya çempionuna məğlub olan Orucov medalsız qalıb.

13:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşdə rəqibi bəlli olub.

73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı An Çanqrimlə (Cənubi Koreya) üz-üzə gələcək. Çanqrim yarımfinalda Laşa Savdatuaşviliyə (Gürcüstan) yenilib.

Qeyd edək ki, An Çanqrim 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatının qalibi olub.

12:58

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı Kosova təmsilçisi Akil Cakova ilə üz-üzə gəlib.

Əsas vaxtda qalib müəyyənləşməyib. Rəqibinə əlavə vaxtda qızıl xalla qalib gələn Orucov bürünc medal uğrunda qarşılaşmaya vəsiqə əldə edib.

09:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/4 final mərhələsində yaponiyalı Şohei Ono ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Orucov təsəlliverici görüşdə Akil Cakova (Kosovo) ilə görüşəcək.

08:09

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli idmançı 1/8 final mərhələsində Tacikistan təmsilçisi Somon Makhmadbekovla qarşılaşıb.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/4 finala yüksəlib. O, bu raundda yaponiyalı Şohei Ono ilə görüşəcək.

06:26

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

73 kq çəki dərəcəsində çıxış edən təcrübəli idmançı 1/16 final mərhələsində rusiyalı Mua Moquşkovla üz-üzə gəlib.

Rəqibinə vazari ilə qalib gələn Orucov 1/8 finala yüksəlib. O, bu raundda Somon Makhmadbekovla (Tacikistan) görüşəcək.

Qeyd edək ki, Rüstəm Orucov Azərbaycan komandasının bayraqdarlarından biridir.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...