Pomidor niyə ucuz alınır və baha satılır? - VİDEO

Pomidor niyə ucuz alınır və baha satılır? - VİDEO
Saatlıda fermerlər pomidor sahələrindən bol məhsul əldə etsələr də, qiymətlərin aşağı olması onları qane etmir. Nəticədə tonlarla məhsul sahələrdə məhv olur. Bakı bazarında isə pomidorun qiyməti bu mövsmümə görə xeyli baha qiymətə təklif edilir. Əməkdaşlarımız məsələni araşdırıblar.

Sfera.az xəbər verir ki, Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərclə müayisədə qazanc aşağı olur

1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Yığım hələ 1 ay davam edəcək. Fermerlər bundan sonraki müddətdə qiymətlərin bir qədər qalxmasına ümid edirlər…

Paytaxt bazarlarında isə sahələrdə 20 qəpiyə belə alınmayan pomidor bundan 4 dəfə baha, yəni 60-80 qəpik arasında qiymətə təklif edilir.

Alıcılar isə bu mövsüm üçün qiymətlərin baha olmasından gileylənirlər...

Satıcılar yaxın günlərdə pomidorun qiymətinin enməsini gözlədiklərini bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...