Erməni keşişləri Kəlbəcərdəki Xudavəng monastrını həmişəlik tərk etdi

Erməni keşişləri Kəlbəcərdəki Xudavəng monastrını həmişəlik tərk etdi
Kəlbəcər ərazisindəki Xudavəng alban kilsəsində məskunlaşmış erməni keşişləri oranı tərk edib.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Xudavəngdəki keşişlərdən biri Nerses Arutyunyan bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq üç aydır ki, erməni keşişlərinə Xudavəng monastrına daxil olmağı qadağan edir.

"Onlar həmişə hansısa səbəb tapırlar, gah pandemiyanı, gah yolun dağılmasını əsas gətirirlər. İndi isə onlar sadəcə olaraq deyirlər ki, "yox, vəssalam””, - keşiş bildirib.

O, deyib ki, monastrda cəmi 6 keşiş xidmət edirdi. Baxmayaraq ki, onlar məişət problemləri ilə üzləşirdilər, monastrı tərk etmək istəmirdilər.

"Lakin may ayından bəri bizim monastra daxil olmaq imkanımız yoxdur. Hazırda monastrdakı keşişlər Qandzasar (Ağdərədə yerləşir,-red.) kilsəsindədir. Rusiya tərəfi erməni keşişlərinin monastra qayıtması üçün danışıqlar aparır”,-o deyib.

Xatırladaq ki, Kəlbəcərdəki qədim alban kilsəsi olan Xudavəng monastrını rayonu işğal edəndən sonra ermənilər "qədim erməni kilsəsi” adlandırıb oranı öz adlarına çıxırdılar. 2020-ci ilin noyabrında Kəlbəcər rayonundan Ermənistan işğalçı qüvvələri çıxarılanda monastrın erməni dindarlar üçün açıq olmasına şərait yaradılması barədə Moskvanın müraciəti nəzərə alındı və Azərbaycan tərəfi Xudavəngdə bir neçə erməni keşişinin xidmət etməsinə razılıq verdi və Rusiya sülhməramlı kontingentindən monastrın mühafizəsinə bir bölük əsgər, 2 BTR ayrıldı.

Lakin daha sonra Xudavəngdəki erməni keşişləri və sülhməramlılar Azərbaycanın udi icmasının nümayəndələrinin monastrda sərbəst ibadət etməsinə maneələr yaratmağa başladı. Eləcə də bəzi hallarda monastra azərbaycanlı jurnalistlər buraxılmamışdı. Nəticədə belə görünür ki, Azərbaycan tərəfi Kəlbəcərdə "qədim erməni kilsəsi” şəklində hansısa anklavın mövcudluğuna son qoymağı qərara alıb.


OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...