Allahın kişilərin kişilərə tamah saldığı üçün yox etdiyi şəhər! - Quranda yazılanlar...
01:07 / 21.06.2016
21408
Quranda Uca Allahın Lut tayfası üzərinə göylərdən atəş yağdırdığını, o şəhərləri və orada yaşayanların hamısını yox etdiyini yazır.
(Əraf surəsi) O şəhərlər Sodom və Qomorra şəhərləridir. Yaxşı bu şəhərlər Allahın qəzəbinə nə üçün uğradılar?
Lut tayfasına dedi ki: "Aləmlərdə, sizdən əvvəl heç kəsin etmədiyi 'Fahşâ' (həyasızlığı) edirsiniz? Həqiqətən, siz, qadınları qoyub, şəhvətlə kişilərin yanınamı gedəcəksiniz? Həqiqətən, siz, 'bədxərc' (həddi aşan) bir tayfasınız."
Lut tayfasının cavabı: "Bunları, yurdunuzdan qovub çıxardın, şübhəsiz bunlar, çox təmizlənən insanlardır." deməkdən başqası olmadı. Qurana görə əxlaqsızlıq içindəki bu şəhərlər yerlə bir edilmiş, yerin altına basdırılmışdır.
Bu günahkar şəhərlərin İsraildə, Lut gölünün cənub-şərqindəki əl-Lisan Yarımadasının cənubunda dayaz suların altında qaldıqları təxmin edilməkdədir. Quranda izah edilən hadisənin başlıca xarakterləri Hz. İbrahim ilə qardaşı oğlu Hz.Lutdur.
Lut Peyğəmbər, İbrahim Peyğəmbərlə eyni dövrdə yaşadı. Hz. Lut, Hz. İbrahimə qonşu tayfalardan birinə elçi olaraq göndərilmişdi.
Bu adamlar, Quranda ifadə edildiyinə görə o günə qədər dünya üzərində görülməmiş bir pozğunluğu, homoseksualizmi tətbiq edirdi.
Hz. Lut, onlara bu pozğunluqdan imtina etmələrini söylədi. Əgər peşmanlıq gətirmədikləri halda "Allah hamınızı yox edəcək" dedi
Onların yanında Lutun arvadı yoxdur. Çünki o da Allahın əmrlərinə qarşı gəlib, günahkarlara arasına girənlərdəndir ...
Bir neçə saniyəlik fəlakət və ölüm saçan bir yağış nəhayət, xalqın hamısı ilə birlikdə bütün şəhərlərini irəlidəki insanlığın gözləri önünə bir ibrət dərsinin nümunəsi olmaqla xarabaya çevirmiş və yerlə-yeksan etmişdi.
Elm adamları illərcə bu hekayənin gerçək olub olmadığını araşdırdılar.
Təkvinin işlədikləri günahlardan ötəri səmadan yağan kükürd və odla yox edildiyi izah edilən bu iki şəhərin, İsraildəki İordan çayından Şərqi Afrikada Zambezi Çayına uzanan Böyük Rift Vadisində MÖ y. 1900də meydana gələn bir zəlzələ yox olduğu sanılır.
National Geographic jurnalının dekabr 1957 sayında bu mövzuyla əlaqədar olaraq bu ifadələr yer alır:
"Sodom Hill, Ölü Dənizə doğru yüksələr.
Heç kim indiyə qədər yox olan şəhərlər Sodom və Gomorrah'ı tapa bilmədi, lakin elm adamlarına görə bu şəhərlər qayalıqların qarşısındakı Siidm Vadisində dayanırlar. Böyük ehtimalla Ölü Dənizin daşqın suları və zəlzələnin altında qaldılar.
Lut tayfasının uğradığı fəlakətin texniki istiqaməti, geoloqların araşdırmalarından aydın olmaqdadır. Buna görə, Lut tayfasını məhv edən zəlzələ, olduqca uzun bir yer qabığı çatlağı (fay xətti) nın nəticəsində yaranmışdır:
İordan çayının yatağını təşkil 190 kilometrlik məsafə boyunca İordan çayı ümumi 180 metrlik bir eniş edir.