Ermənistanın müdafiə naziri nə üçün istefa verdi? - "Rusiyaya səfir gedir..."

Ermənistanın müdafiə naziri nə üçün istefa verdi? -
Xəbər verdiyimiz kimi Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.
 
Sfera.az xəbər verir ki, politloq Elxan Şahinoğlu V.Arutyunyanın Paşinyana təşəkkür etməli olduğunu bildirib: 

"Əslində Vaqarşak Arutyunyan hərbi rütbəsinə və nazir postuna görə Nikol Paşinyana minnətdar olmalı idi. Çünki Arutunyan Ermənistanın 1999-2000-ci illərdə nazir postunu tutmuş və eks-prezident Robert Köçəryan onu bu vəzifədən ağır ittihamlarla qovmuşdu. Paşinyan 2020-ci ildə Arutunyana rütbəsini qaytararaq onu özünə hərbi müşavir vəzifəsinə təyin etdi. Arutunyan müharibədə məğlubiyyətdən sonra nazir təyin edildi. Əgər Arutunyan məğlubiyyətə şərik olmaq istəmirdisə, elə o zaman nazir vəzifəsindən imtina etməliydi. Etmədi və məğlubiyyətə şərik oldu. Əksinə Arutunyan qiyamçı baş qərargah rəisi Onik Qasparyanın sakitcə kreslosunu boşaltmaqda Paşinyana yardım etdi və bununla hərbi çevrilişin qarşısını aldı". 

Politoloqun sözlərinə görə, eks müdafiə naziri Rusiyada səfir postunda qərarlaşa bilər:

"Azərbaycan Ermənistanla sərhədə nəzarəti gücləndirib və atəşə daha artıq atəşlə cavab verir. Ermənistan ordusu Azərbaycan sərhədçilərini Qara göldən uzaqlaşdırmağa risk etmədi, növbəti toqquşmadan qorxdu. Müharibədə məğlubiyyətdən sonrakı hadisələr də Ermənistan ordusunun nüfuzunu aşağı salmaqdadır. Vaqarşak Arutyunyan özü bacarmadığını Rusiya hərbçilərinin əli ilə etməyə çalışdı, ancaq bu da alınmadı, Moskva sərhədin müəyyənləşməsinə qarışmaq istəmədi. Bu vəziyyətdə Vaqarşak Arutyunyan istefaya üstünlük verdi. Onun ya Təhlükəsizlik Şurasının katibi, ya da Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunacağı ehtimalları var. 

Beləliklə, Nikol Paşinyan yeni müdafiə naziri tapmalıdır. Ermənistan üçün indiki ağır vəziyyətdə generallar arasında müdafiə naziri olmaq istəyənlərin sayı çox deyil”.

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...