"Bütün qələbələrin təməlində iti qılıncla yanaşı, həm də kəsərli söz dayanır"

Mənsub olduğumuz cəmiyyətdə və dünyada nələrin baş verdiyini bilmək istədikdə, ilk müraciət edə biləcəyimiz mənbə mətbuatdır.  Yaşadığımız yüksək texnologiyalar, internet dövründə sosial media və Youtube kanalları ənənəvi qəzetçiliklə ciddi rəqabət aparır. Müasir zəmanənin çağırışı və diqtəsi olduğuna görə, bu rəqabətin müsbət və ziyanlı tərəfləri üzərində, xüsusən jurnalistlərin peşə bayramı günündə,əlahiddə dayanmaq istəmirəm. Əsas olan budur ki, rəqabət sağlam olsun, media məkanından asılı olmayaraq, verilən informasiya həqiqətə və haqqa söykənsin. Elə ona görə də, peşəkar jurnalistlərimiz yoxladıqları və dürüstlüyünə əmin olduqları məlumatların tirajlanmasına üstünlük verirlər. Bu, həm də ona xidmət edir ki, ictimai nəbzdəki aritmiyanın doğal olması, yaxud sonradan, süni və məqsədli təsirlər altında  qazanılması barədə obyektiv qənaətə gələ biləsən. 
     
Bu peşə bayramı böyük ziyalımız Həsən bəy Zərdabinin adı ilə bağlıdır. O Ziyalımızın ki, əlində tutduğu qələm hər zaman həqiqətə, millətimizin işıqlı sabahına,  cəmiyyətdə olan əyintilərin təhrif edilmədən, olduğu kimi  işıqlandırılmasına xidmət göstərib və Həsən bəy bütün bunları təmənnasız edib. Qərəzsiz, istedadlı və peşəkar qələm sahibləri üçün örnək olan, jurnalist peşəsinin əbədi dəyərlərinin təməlini qoymuş Həsən bəy Zərdabi deyərdi:
 
"Qiymət, öz işin üçün mükafat, tərif və s. axtarma. Xalq üçün çalış, o, arxanca gedəcək və səni qiymətləndirəcək. Bunun üçün əvvəlcə onun inamını qazan”. Heç şübhəsiz ki, müasir Azərbaycan jurnalistikasında oxucu və tamaşaçı inamını qazanmış, Zərdabi yoluna sadiq qalan, sözün həm sağalmaz yara vura biləcəyinin, həm də məlhəm olduğunun mahiyyətinə varan qələm sahiblərimiz az deyil. İnanıram ki, məhz bu camiyənin mövcudluğu sayəsində Zərdabi yolu davam etdiriləcək, ümummilli maraqlarımızın qorunmasında və cəmiyyətə obyektiv informasiyanın çatdırılmasında bundan sonra da gərəkli sözünü deyəcək. Ona da əminəm ki,  yetişməkdə olan gənc nəsil bizlərdən daha savadlı, daha elmli və daha çox milli ruhluolacaq.
 
Bugünkü Azərbaycan gəncliyi vətənpərvərlik hissinin onlarda nə qədər yüksək olduğunu Vətən müharibəsində göstərdiyi şücaətlə, milli ruhumuzun qorunması və tarixi Qələbəmiz naminə həyat və sağlamlığından keçməklə sübut etdi.Əminliyim həm də ona söykənir ki, milli ruhla yanaşı, daha savadlı və elmli nəslin yetişdirilməsi bu gün dövlətimizin, cəmiyyətimizin, valideyn olaraq hər birimizin xüsusi diqqət mərkəzindədir. Təsadüfi deyil ki, zamanında Həsən bəy Zərdabi bunu da demişdi : "Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin”.
   
Peşə bayramınızı səmimi qəlbdən təbrik edir, haqq sözün təntənəsi, xalqımız və dövlətimiz naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Gəlin, unutmayaq ki, bütün qələbələrin təməlində iti qılıncla yanaşı, həm də kəsərli söz dayanır.
 
Ülvi Quliyev 
Milli Məclisin deputatı

OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...