“Moskva görüşü İrəvanı təxribatlara son qoymağa vadar edəcək" - ŞƏRH

“Moskva görüşü İrəvanı təxribatlara son qoymağa vadar edəcək
"Moskva görüşünün müsbət nəticəsi bir müddətdən sonra özünü göstərəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfəri və burada rusiyalı həmkarı Vladimir Putinlə görüşünün bölgəmizdə hansı dəyişikliklərə rəvac verəcəyindən danışarkən politoloq Məhəmməd Əsədullazadə deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü 11 noyabr və 10 yanvar üçtərəfli razılaşmalarından sonra reallaşan növbəti görüşdür. Bunu imza atılan öhdəliklərə əməl edilməsi və Ermənistanı öhdəlikləri yerinə yetirməyə vadar etməyə əsaslanan bir görüş kimi dəyərləndirərdim. Rusiya prosesdə vasitəçi olaraq İrəvan üzərində müəyyən təsir rıçaqlarına malikdir. Ermənistan əldə edilən razılaşmalardan bir neçə ay keçməsinə baxmayaraq sui-istifadə hallarına yol verərək, prosesi  manipulyasiya etməklə məşğuldur”, - deyə politoloq bildirib.

Həmsöhbətimiz yuxarıda deyilənlərə əsasən Moskva səfərinin müsbət nəticələr gətirəcəyinə ümid edir. Onun sözlərinə görə, bu səfər İrəvanın son zamanlar mütəmadi olaraq həyata keçirdiyi təxribatlara son qoyacaq: 

"Azərbaycan tərəfi konkret olaraq sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiya xətlərinin açılması üzrə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün danışıqlar aparıb. Hansı ki, bu danışıqlar da birbaşa Moskvadan həyata keçirilir. Bu mənada düşünürəm ki, Azərbaycan Prezidentinin Moskva səfəri və burada apardığı müzakirələr postmüharibə dövrü üçün təhlükəsizliyin təmini, nəqliyyat-kommunikasiya sisteminin açılması və regionda ümumi-iqtisadi əməkdaşlığı özündə ehtiva edir. Moskvada aparılan bu danışıqların ümumi nəticəsi müəyyən müddətdən sonra özünü göstərəcək. Bu səfər və görüş Ermənistanın son zamanlar mütəmadi olaraq birbaşa həyata keçirdiyi təxribat və atəşkəs rejimini pozmasının qarşısını almaqda mühüm rol oynayacaq”.

Rüfət SULTAN
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...