Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq”

Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq”
"Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan görüşdən müsbət nəticələr gözləyə bilərik. Əgər görüşdə Zəngəzur dəhlizi müzakirə edilibsə və Rusiya tərəfindən bu dəhlizin açılmasına müsbət mövqe bildiribsə, deməli görüş bizim üçün böyük əhəmiyyət kəsb edir”.
 
Sfera.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan görüşdə müzakirə olunan məsələlərlə bağlı danışarkən deyib.

"Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyan ilə görüşmüşdü və müəyyən məsələləri müzakirə etmişdilər. Zənnimcə, Prezident İlham Əliyevlə Putin arasında baş tutan görüşdə müzakirə edilən bir çox məsələlər var idi. Bizim üçün ən vacib məsələlərdən biri isə sözsüz ki, Zəngəzur dəhlizinin açılmasıdır. Prezident dəfələrlə təkrar edib ki, bu dəhliz Ermənistan istəsə də, istəməsə də açılacaq. Bu dəhlizin açılması təkcə Ermənistandan asılı deyil. Zəngəzur dəhlizinin fəaliyyətə başlamasında həm Türkiyə, Rusiya və İranın, həm də Çinin, eləcə də digər Asiya dövlətlərinin də marağı var. Yəni, bu dəhliz Ermənistan istəməsə də, açılacaq. Dəhlizin fəaliyyətə başlaması dünya üçün əhəmiyyətli hadisədir. Buradan həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Fikrimcə, bu və digər məsələlər görüşdə müzakirə predmeti olub”, - deyə o bildirib.
 
Millət vəkilinin sözlərinə görə, bu məsələdə Ermənistanın da həmrəy mövqedən çıxış etməsi onun özü üçün də vacibdir, çünki, ümumiyyətlə bir dövlət kimi Ermənistanın bölgədəki fəaliyyəti sual altındadır. 

Vahid Əhmədov əlavə edib ki, regionda Rusiya ilə yanaşı, Türkiyənin də söz haqqı var və bu, Lavrovun çıxışında da öz əksini tapıb:

"Bu dəhliz təkcə Rusiyanın maraq dairəsində deyil. Bu yaxınlarda Çin səfiri layihənin ölkəsi üçün əhəmiyyətindən danışdı və bu səbəbsiz dilə gətirilmədi. Çin fövqəl bir dövlətdir, əgər belə bir fikirlə çıxış edilirsə, deməli bu dəhlizin açılmasında onların da marağı var. Zəngəzur dəhlizi bizim üçün yalnız iqtisadi cəhətdən deyil, siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Bir sözlə, görüşdən müsbət nəticə gözləyə bilərik. Görüşün nəticələrini yaxın zamanda görəcəyik”.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...