"Yalnız həyat yoldaşımdan çəkinirəm" - "Aşdod"un baş məşqçisi

"Hələ ki, oyuna bir gün qalıb və matça hazırıq. Amma hansı səviyyədə hazır olduğumuzu görəcəyik".

Sfera.az-ın məlumatına görə, bu fikirləri İsrailin "Aşdod" klubunun baş məşqçisi Ran Ben Şimon Bakıda "Qarabağ" ilə keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

 

51 yaşlı mütəxəssis püşkatmadan sonra "Qarabağ”ı araşdırdıqlarını söyləyib: "Rəqib keyfiyyətli oyun göstərir. Son mövsümü bir xal fərqlə "Neftçi”yə uduzduqlarını bilirik. Yüksək səviyyəli oyunçuları var. Bu komandanın bəzi futbolçuları Azərbaycan millisindədir və yığmanın son illərdəki irəliləyişi hiss olunur".

İsrailli baş məşqçi "Qarabağ"ın ötən mövsüm "Makkabi" ilə görüşlərini izlədiyini bildirib: "Bizim çempion mərhələ adlamışdı. Amma iki bərabərsəviyyəli oyun olub. Təbii ki, "Qarabağ”a hörmətlə yanaşırıq".

Şimon "Qarabağ”dan çəkinirsiniz" sualına belə cavab verib: "Həyatda yalnız həyat yoldaşımdan çəkinirəm (gülür). Çünki o, güclü şəxsiyyətdir".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...