Şadlıq evlərində reyd keçirildi və bəylə gəlinə hədiyyələr verildi

Şadlıq evlərində reyd keçirildi və bəylə gəlinə hədiyyələr verildi
Şənlik mərasimlərinin müəyyən edilmiş tələblərə uyğun təşkili məqsədilə Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən APA TV-yə verilən məlumata görə, araşdırmalar zamanı monitorinq aparılan obyektlərin əksəriyyətində karantin şərtlərinə əməl olunduğu, lakin bəzi şadlıq saraylarında müəyyən olunmuş tələb və qaydaların pozulduğu aşkar edilib.

Monitorinq qrupları şənlik mərasimləri keçirilən məkanların ərazisi, stollar ətrafı və arasında məsafə, işçi heyətin müvafiq vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsi, mərasimlərdə iştirak edənlərin COVID-19-a qarşı peyvənd edilməsi və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədin mövcudluğu və s. məsələləri nəzarətdə saxlayıblar. Məkan və toy sahibləri ilə aparılmış danışıqlarla müvafiq qaydalar bir daha onların diqqətinə çatdırılıb, yaranmış hallar yerindəcə aradan qaldırılıb, toy mərasimlərinin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. 
Monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim olunub. (APA)
 

OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...