Bu ölkədə peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq

Bu ölkədə peyvənd olunmayanlar ictimai yerlərə buraxılmayacaq
Avqustun 1-dən etibarən Səudiyyə Ərəbistanında vaksinasiya olunmamış vətəndaşlar və əcnəbilər ictimai yerlərə buraxılmayacaqlar.

Sfera.az xəbər verir ki, bu barədə Krallığın Bələdiyyə və Əyalət İşləri Nazirliyindən bildirilib.
 
Məlumata görə, COVID-19 əleyhinə vaksinasiya olunmamış şəxslərin ictimai məkanlara, o cümlədən toy və yas mərasimi zallarına, bərbərxana, gözəllik salonları, ticarət mərkəzləri və restoranlara girişi qadağan ediləcək.

Məlumata görə, bütün məkanların girişində vaksinasiya pasportunu yoxlayan aparatlar qoyulacaq. Eyni zamanda, həmin obyektlərdə vaksinasiya olmadan çalışmağa izin verilməyəcək. 

Bundan əlavə, ölkənin Daxili İşlər Nazirliyi bəyan edib ki, avqustun 9-dan etibarən yalnız iki doza vaksin vurulan vətəndaşlar xaricə səyahət edə biləcəklər. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...

Özünü xoşbəxtliyə necə proqramlaşdırmalı?

Elmi araşdırmalar göstərir ki, hər kəs öz əhvalını yaxşılaşdırmağı öyrənə bilər. Bunun üçün beyninizi məşq etməli olacaqsınız.   XX əsrdə hesab edili...