Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib

Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib

Millət vəkili Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib.

Sfera.az milli.az-a istinadən bildirir ki, AŞPA-da çıxış edən millət vəkili Q.Paşayeva Ermənistan nümayəndə heyəti üzvünün çıxışını qınayırıq deyib: "Mən bu gün Assambleyamızda Azərbaycan əlehinə yalan və böhtanla dolu çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü Hermina Nağdalyanın ölkəmə qarşı böhtan və nifrət dolu çıxışını qınayıram. Assambleya Prezidentinin "No hate no fair" təşəbbüsünü Assambleyanın dəstəklədiyi bir zamanda Hermine Nagdalyanın Azərbaycan əlehinə nifrət dolu açıqlamaları böyük təssüf doğurur və qınayırıq. Ermənistan rəhbərliyi Avropa İnsan Haqları məhkəməsinin "Çıraqov və başqaları Ermənistana qarşı" adlı qərarını yerinə yetirməkdən imtina edir və bu qərarı yerinə yetirmək üçün heç bir addım atmır. Bu məsələ Avropa Şurası Parlament Assambleyasını ciddi narahat etməlidir. Bu məsələlərə yanaşmada ikili standartlar olmamalıdır. Biz bu qərarın yerinə yetrilməsi üçün AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırırıq. Biz Asambleyamızı öz evinə dönə bilməyən məcburi köçkünlər məsələsində daha həssas olmağa çağırırıq və 1416 sayı qətnaməni yerinə yetirməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistanın işğalçılığı üzündən 23 ildən çoxdur öz evinə dönə biməyən insanlar sizdən bunu gözləyir və sizi Ermənistana təzyiq göstərməyə çağırırlar".

Millət vəkili Q. Paşayeva daha bir ciddi problemi Assambleyanın diqqətinə çağıraraq sizdən bu məsələdə də daha ciddi addımlar atmağı gözləyirik deyib: "Mən eyni zamanda başqa bir vacib məsələni də səsləndirmək və Assambleyamızı bu istiqamətdə də ciddi addımlar atmağa çağırıram. Yanvarda Assambleyamız Sərsəng su anbarı ilə bağlı 2085 saylı qətnaməsi qəbul etmişdi. Həmin qətnamədə AŞPA Ermənistandan tələb edirdi ki, su ehtiyatlarından siyasi təsir və təzyiq kimi istifadə etməyə son qoysun. Amma Ermənistan bu günə qədər bu sənədin həyata keçirilməsi üçün heç bir addım atmır və on minlərlə insan, bir neçə əhalinin sıx yaşadığı regionlar bundan ciddi əziyyət çəkməkdə davam edir. Biz Assambleyadan tələb edirik ki bu məsələyə daha böyük diqqət yetirsin və qəbul etdiyiniz qətnamənin yerinə yetirilməsi istiqamətində daha sərt mexanizmlərə əl atsın və onun yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiq etsin".


OXŞAR XƏBƏRLƏR