Xocavənddə yeni hərbi hissələrin açılışı olub - VİDEO

Xocavənddə yeni hərbi hissələrin açılışı olub - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Xocavənd rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli iki yeni hərbi hissə istifadəyə verilib.

Qeyd edilib ki, komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Mais Bərxudarov yeni hərbi hissələrin açılışı və Qurban bayramı münasibətilə Ali Baş Komandanın və müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.
 

OXŞAR XƏBƏRLƏR

“07” ilə toqquşan motosikletçi öldü

Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avt...

Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə baş tutan tədbirdə RİH başçısı Abdin Fərzəliyev, hərbi hissənin rəhbər heyəti, şəhid ail...

Mirkamil ikinci əməliyyatından sonra...- VİDEO

Uzun müddətdir səhhətində problem olduğu üçün sənətdən uzaqlaşan Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.   Sfera.az Axşam.az-a istinadən xəbər ver...

"Çinli diplomat Tehranı yanlış addımdan çəkindirməyə çalışıb" - Politoloq

İyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək BRİCS-in zirvə toplantısında Rusiya və Çin liderlərinin iştirak etməyəcəklərinə dair xəbərlər ya...

Xamanei İran xalqını təbrik etdi

İranın ali dini lideri Ayətulla Seyid Əli Xamanei xeyli vaxt sonra paylaşım edib.   Sfera.az xəbər verir ki, o, “X” hesabında İran xalqın...

Narkotikə “yox” deyək- DİN-dən yeni sosial çarx

DİN 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar sosial çarx hazırlayıb.   Sfera.az xəbər verir ki, 26 i...