DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI

DÜNYANIN ƏN ASAN TORTU - QARIŞQA YUVASI
Bəzək-düzək, səliqə tələb etməyən tort resepti
Daha bir sovet nostalgiyası yaradan tort "MURAVEYNİK” sadə olduğu qədər də dadlıdır. Ucuz başa gəlir. Hətta heç vaxt tort bişirməyən də bunu bişirə biləcək!
 

Ərzaqlar:
Xəmir üçün:
Kərə yağı – 200 qr.
Un – 400 qr.
Yumurta – 1 ədəd
Süd – 125 qr.
Duz – bir çimdik
Krem üçün:
Kərə yağı – 200 qr.
Qatılaşdırılmış süd – 1 banka

Hazırlanması:
Yağ çalınır, bura yumurta, süd, un, duz əlavə olunub, xəmir yoğrulur. Xəmir kürə kimi yumrulanıb bükülür və soyuducuda 40 dəqiqə saxlanılır. Sonra xəmiri ətçəkəndən keçirib, formaya tökür və 200 dərəcədə qızarana kimi bişirirsiniz.  Krem üçün qaynadılmış qatılaşdırılmış südlə yağ çalınır. Bişmiş xəmir kremlə birgə qatılıb qarışdırılır və qarışqa yuvası təpəciyi kimi formaya salınır. Soyumaq və özünü tutmaq üçün soyuducuya qoyulur. Nuş olsun!(süfrəm.az)



OXŞAR XƏBƏRLƏR

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...

Tramp dərmanları bahalaşdıracaq - Yeni tariflər gəlir

ABŞ Prezidenti Donald Tramp əczaçılıq məhsullarının idxalına tətbiq edilən tarifləri artırmağa hazırlaşır. Sfera.az xəbər verir ki, avqustdan etibarən ABŞ-...

Baş nazir büdcə xərclərinin proqram təsnifatına dəyişiklik etdi

“Azərbaycan Respublikasının büdcə xərclərinin proqram təsnifatı”na dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədo...

İstilər ölüm riskini artırır - Bu ölkədə 1180 nəfər dünyasını dəyişdi

Son iki ayda İspaniyada güclü istilər səbəbindən 1180 nəfər həyatını itirib. Ekologiya Nazirliyi ötən ilin eyni dövrü ilə müqayisədə istilərə görə ölüm sayının ...

8-ci sinif şagirdi vəfat etdi- FOTO

Bərdədə məktəbli qız vəfat edib.   Sfera.az xəbər verir ki, rayonun Yeni Əyricə kənd orta məktəbinin 8-ci sinif şagirdi Fatimə Ağazadə ötən gün dünya...

10 həftəlik körpə dağdan 50 metr yuvarlanıb sağ qaldı

 Avstriyada Alp dağlarında yamacdan 50 metr aşağı yıxılan körpə uşaq arabasından düşərək sağ qalıb.   Sfera.az "Bild"ə istinadən xəbər...