"Sumqayıt" barədə məlumat tapmaqda çətinlik çəkirdik" - Serbiyalı məşqçi

"Azarkeşlərdən böyük dəstək gözləyirik. Ümid edirik ki, dolu tribunalar önündə III təsnifat mərhələsinə doğru bir addım atacağıq. Bu mövsüm klubun ambisiyaları daha böyükdür".

Sfera.az-ın məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" klubunun məşqçisi Pavle Delibasiç evdə "Sumqayıt"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

34 yaşlı mütəxəssis qrup mərhələsinə vəsiqə qazanmaq istədiklərini bildirib: "Ancaq əvvəlcə "Sumqayıt"la matçları düşünürük".

Serbiyalı məşqçi UEFA-nın səfər qolu qaydasını ləğv etməsi barədə danışıb: "Bu, yaxşı qərardır və ilk matçda tələsməyəcəyik. Çünki bizi Azərbaycanda cavab görüşü gözləyir".

Delibasiç "Sumqayıt" barədə məlumat toplamaqda çətinlik çəkdikərini etiraf edib: "Onların son oyunları haqqında material əldə etmək çətin idi. Əsasən keçən mövsümdən kardları izləmişik. Rəqibin intizamlı müdafiə olunan komanda olduğunu bilirik".

Qeyd edək ki, iyulun 21-də Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...