BOK Olimpiya Oyunlarının devizindəki dəyişikliyi təsdiqlədi

BOK Olimpiya Oyunlarının devizindəki  dəyişikliyi təsdiqlədi
Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Oyunlarının devizindəki dəyişikliyi təsdiqləyib.

Bu vaxtadək Olimpiadalar "Daha sürətli, daha yüksək, daha güclü!" devizi altında keçirilirdi. Yeni versiya isə belə səslənəcək: "Birlikdə daha sürətli, daha yüksək, daha güclü" (Latın dilində: Citius, altius, fortius - Communis).

Sfera.az-ın məlumatına görə, BOK-nin Tokioda keçirilən iclasında qərar yekdilliklə qəbul edilib.

"Bu əlamətdar  hadisədir",-deyə komitənin rəhbəri Tomas Bax bildirib.

Qeyd edək ki, devizi  dəyişdirmək fikrini irəli sürən də məhz odur.

Koronavirus pandemiyasına görə bir il təxirə salınan və bu ilin 23 iyul - 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq.

Tokio 2020 Olimpiya Oyunları zamanı rekord sayda - 33 yarış və 339 tədbir keçiriləcək.

Yarışmada iştirak edən Milli Olimpiya Komitələrinin qazandığı qızıl, gümüş və bürünc medalların sayını göstərən bu səhifə avtomatik şəkildə yenilənir.
 
İlk medalların 24 iyul 2021-ci ildə veriləcəyi gözlənilir.
Selcan
 
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan manatı ilə bağlı YENİ XƏBƏR

Bu ilin iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,37 bənd təşkil edib.   Sfera.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinad...

DİN azyaşlıya qarşı əxlaqsızlıq edən şəxslə bağlı MƏLUMAT YAYDI

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.   DİN Mətbuat Xidmətinin regiona...

Lənkəran sakini Serbiyada faciəli şəkildə öldü

Serbiyada hündürlükdən yıxılaraq xəsarət alan həmyerlimiz müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, 1998-ci il təvəllüdlü Lənkəran ...

"Microsoft"da maaşlar nə qədərdir? - 2025-ci ilin yenilənmiş siyahısı

"Google", "Apple", "Amazon" və "Microsoft" kimi "Big Tech" adlandırılan texnologiya nəhənglərində çalışmaq bir...

Adanada FACİƏ - Evlilik təklifi üçün havaya qalxan təyyarə qəzaya uğradı - VİDEO

Adanada baş verən təyyarə qəzasının təfərrüatları məlum olub.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Adanada özəl aviasiya şir...

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...