Günəşi və küləyi pula çevirmək imkanları - Azərbaycan bu şansından niyə lazımınca yararlanmır?

10:48 / 19.07.2021
1564
"Azərbaycanda alternativ enerji mənbələrindən,
yəni günəş və külək enerjisindən istifadə üçün şərait var, lakin bu istiqamətdə
lazımı işlər görülmür".
Bu sözləri
Sfera.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, il ərzində
300 gün günəş enerjisindən istifadə oluna biləcəyini deyib:
"Azərbaycan
alternativ enerji mənbələrinin inkişafı üçün demək olar ki, ideal coğrafi şəraitə
malikdir. Bu, həm günəş enerjisi həm də külək enerjisi nöqteyi-nəzərindən
mümkündür. İlin təqribən 300 günü günəş enerjisindən istifadə etmək olar. Xəzər
sahilində və dağ rayonlarında isə külək enerjisindən istifadə üçün münbit coğrafi
şərait var. Lakin bizdə hələ də alternativ enerji mənbələrdən istifadə səviyyəsi
aşağıdır. Son zamanlarda ilkin rəqəmlərdə artım müşahidə olunsa da, bu artım
ciddi rol oynamır. Bu baxımdan günəş enerjisindən istifadənin artırılması
istiqamətində hökumət tərəfindən addımlar atılmalıdır".
Ekspertin
sözlərinə görə, alternativ enerji mənbələrinin inkiaşfı üçün vətəndaş-hökumət
arasındakı əlaqələr üst səviyyədə qurulmalıdır:
Əzizə
Zeynal
Sfera.az