“Qarabağ və Şərqi Zəngəzur bütün regionun ən gözəl bölgələridir”

“Qarabağ və Şərqi Zəngəzur bütün regionun ən gözəl bölgələridir”
"Xarici sərmayələrə gəldikdə, zənnimcə, burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib ki, sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır:

"Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Hesab edirəm, digər sahə turizm ola bilər, baxmayaraq ki, Ermənistan işğal olunmuş ərazilərdə təbiətimizə böyük ziyan vurub. Bir nümunə qeyd edə bilərəm.

Azad olunmuş ərazilərdə meşə massivlərinin sahəsi 230 min hektar olub. Bu gün isə peyk müşahidələrinə əsasən, meşələrin sahəsi 170 min hektardır. Yəni, 60 min hektar meşə məhv edilib. Bizim göl və çaylarımız çirkləndirilib və biz artıq bununla bağlı beynəlxalq təşkilatlara müraciət etmişik.

Eyni zamanda, işğal edilmiş ərazilərimizdə qeyri-qanuni iqtisadi fəaliyyətlə məşğul olan, çaylarımızı çirkləndirən, təbiətimizə ziyan vuran və təbii sərvətlərimizi, o cümlədən, qızıl və digər qiymətli metalları qanunsuz olaraq talayan xarici şirkətlərə qarşı hüquqi prosedurlara start verilib.

Beləliklə, xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Bütün bu ekoloji ziyana baxmayaraq, Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Mən ümid edirəm ki, xarici investorlar Azərbaycanda olduqca münbit sərmayə iqlimini nəzərə alacaqlar”.

OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...