Bu tarixdə karantin sərtləşdirilə bilər - XƏBƏRDARLIQ

Bu tarixdə karantin sərtləşdirilə bilər - XƏBƏRDARLIQ
Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmazdır.
 
Sfera.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, hazırda hökumətin və Operativ Qərargahın üzərinə böyük yük düşür:

"Koronavirus mutasiyaya uğramağa davam edir və mutasiyaların hər biri özünü fərqli şəkildə büruzə verir. Alfa, beta, qamma, delta ştammları aydın simptomlara görə daha çox fərqlənirlər, amma bu ştammların genomu eynidir. Delta ştammının digər COVID-19 variantlarından fərqi daha çox yoluxucu olmasıdır. Hindistanda vəziyyət dəhşətlidir, milyonlarla xəstə, minlərlə ölən var. Cəsədlər küçələrdə, kütlə içərisində toplanır ki, bu da hər kəsdə qorxunc bir mənzərə formalaşdırır. Virusoloqlar delta ştammının Hindistanda göstərdiyi dəhşətli performansı gördükdə bunun 4-cü dalğaya səbəb olacağını düşünürdü. Rusiyada bu ştamm çox sürətlə yayıldı, ancaq bu ölkədə peyvəndin sayı da çoxdur.

Delta Azərbaycanda da aşkar olundu. Vətəndaşlarımız özlərini sanki pandemiya bitmiş kimi aparırlar. Karantin rejimi yumşaldılsa belə, karantin qaydalarına riayət etməliyik, tam rahatlaşmaq lazım deyil. Hazırda hökumət və Operativ Qərargahın üzərinə böyük yük düşür. Bu gün bu dəhşətli vəziyyətin bütün respublikaya yayılmasının qarşısını almaq üçün dövlətin qarşısında çox ciddi və çətin bir tapşırıq var".

Professor qeyd edib ki, sözügedən ştamm Azərbaycanda sürətlə yayılsa, dəhşətli vəziyyət yaranacaq:

"Həm stasionar, həm də poliklinikada şəraitin dəhşətli bir vəziyyət alacağını hesab edirəm. Dərmanların, stasionar yerlərin sayında çatışmazlıq olacaq, buna görə də bütün bunlara hazır olmalıyıq. Dövlətimiz əhalinin immunizasiyası üçün daha ciddi addımlar atmalıdır. Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur. Ştammlar bütün ölkələrə yayılsa, bu, qaçılmaz olacaq".

A.Qeybulla əlavə edib ki, vaksinin üçüncü dozası immunitetin gücləndirilməsi üçün nəzərdə tutulub:

"Nəzərə alsaq ki, iki doza 6 aylıq müddət üçün nəzərdə tutulub, üçüncü doza həmin müddəti uzadacaq. Operativ Qərargah əhalinin immunizasiyası istiqamətində artıq intensiv və konkret addımlar atmalıdır. Hər bir dövlət, hər kəs Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) tövsiyələrini yerinə yetirməlidir. Eyni zamanda insanları daha etibarlı, bu ştammlara davamlı peyvəndlərlə təmin etmək üçün ciddi tədbirlər görülməlidir".

OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...