Nazirlər Kabinetinin bu qərarında DƏYİŞİKLİK EDİLDİ

Cəmiyyət
22:00 / 17.07.2021
2192
Nazirlər Kabineti "Məşğul şəxslər barədə məlumatların əldə olunması, reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə Qaydası”nda dəyişiklik edib.
Sfera.az-ın məlumatına görə, "Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə əsasən məşğul şəxslərə dair məlumatların məşğul şəxslərin reyestrinə daxil edilməsi tələbləri yeni redaksiyada verilib.
İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunacaq.