5 yaşlı uşağın döyülməsi hadisəsi nəzarətə götürüldü

5 yaşlı uşağın döyülməsi hadisəsi nəzarətə götürüldü
Paytaxtın Xəzər rayonunda beş yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Baş Prokuroluqdan verilən məlumatda deyilir. 

Bildirilir ki, qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir
 

OXŞAR XƏBƏRLƏR