Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın iclası keçirilib

Cəmiyyət
17:14 / 17.07.2021
1167
Bakı Nəqliyyat Agentliyi yanında İctimai
Şuranın iclası keçirilib.
Sfera.az-ın məlumatına görə, video-konfrans
formatında təşkil edilən iclasda İctimai Şuranın 2021-2022-ci il üçün Fəaliyyət
Planı və cari məsələlər müzakirə edilib.
Şura sədri
Əliməmməd Nuriyev Fəaliyyət Planı layihəsini təqdim edib. 4 hissədən ibarət
olan fəaliyyət planına Bakı Nəqliyyat Agentliyinin fəaliyyət istiqamətləri üzrə
maarifləndirmə, monitorinq və qiymətləndirmə tədbirlərinin təşkili,
normativ-hüquqi aktlara zəruri dəyişikliklər, müvafiq mövzular üzrə ictimai
dinləmələrin keçirilməsi və digər təşkilati-texniki məsələlər daxil edilib.
Ümumilikdə, tədbirlər planının icrası şəhərin yol-nəqliyyat infrastrukturu,
piyada əlçatanlığı və təhlükəsizliyi sahələrində ictimai nəzarət və ictimai
iştirakçılığın artırılması məqsədi daşıyır. Şura üzvləri fəaliyyət planını təsdiq
ediblər.
İctimai Şura üzvləri yol-nəqliyyat infratsrukturu, qanunsuz
parklanma ilə bağlı sorğuların aparılması, şəhərin piyada yönümlülüyü istiqamətində
görülən işlər və çatışmazlıqlar da müzakirə ediblər. Çıxış edən Şura üzvləri Sahib Məmmədov, Davud
Rəhimov, Elməddin Muradlı, Fərhad Eyyubov və digərləri müxtəlif istiqamətlər
üzrə təkliflərlə çıxış ediblər. Xüsusən svetoforların fəaliyyəti, şəhər
yollarında sıxlığın yaranması, parklanma yerlərinin sayı, dayanma-durma
qaydalarının pozulmasına görə cərimələrin tətbiqi və digər mövzular barədə
fikir mübadiləsi aparılıb.