İranda etiraz aksiyasında bir nəfər ölüb

Dünya
14:34 / 17.07.2021
1295
İranın Xuzistan əyalətində su problemi ilə bağlı keçirilən etiraz aksiyalarında bir nəfər ölüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu Şadqan şəhərinin merinin vəzifələrini icra edən Ümid Səbripur deyib. Onun sözlərinə görə, ötən gecə baş verən etiraz aksiaysında gənc bir oğlan güllə yarası alaraq ölüb.