“WhatsApp” milyonlarla insanı blokladı — SƏBƏB

“WhatsApp” milyonlarla insanı blokladı — SƏBƏB
Dünyada ən çox istifadə olunan sosial media tətbiqetmələrindən biri olan "WhatsApp” 15 may-15 iyun tarixləri arasında Hindistanda yüksək və anormal sayda mesaj göndərən 2 milyondan çox hesabı bloklayıb.

Sfera.az xəbər verir ki, şirkət əsas məqsədin Hindistanda zərərli və ya spam mesajları toplu halda göndərən hesabları bloklamaq olduğunu bildirib.

Hindistanda təxminən 400 milyon istifadəçisi olan "WhatsApp” üçün bu, ölkə ən böyük bazarlardan biridir.

İnkişaf etmiş süni zəka texnologiyasına sahib "WhatsApp” dünyada hər ay təxminən səkkiz milyon hesaba qadağa qoyur.

Qeyd edək ki, "Whatsapp” Hindistanda dezinformasiya və saxta xəbərlərin yayıldığı platforma olaraq müzakirə mərkəzindədir. Saxta xəbərlər və saxtakarlıqlar bir neçə saat ərzində on minlərlə istifadəçiyə çatır. Bu şəkildə yayılan mesajlar və videolar keçmişdə şiddətə və hətta ölümlərə səbəb olub.

"WhatsApp” istifadəçi şikayətlərinə cavab verməklə yanaşı, sui-istifadə hallarının qarşısını almaq üçün öz vasitələrini də dövriyyəyə buraxıb.

Hindistanda may ayında tətbiq olunmağa başlanan yeni texnologiya qanunu sosial media və video izləmə platformalarındakı məzmunu tənzimləyir. Qanun ifadə azadlığı və istifadəçinin məxfiliyi sahəsində mübahisələrə səbəb olub.

Müxaliflər qanunun hüquq-mühafizə orqanlarına internetdən genişmiqyaslı məzmunu silmək səlahiyyətinin verilməsindən şikayətçidirlər. Hökumət isə bu qaydaların onlayn təzyiq və dezinformasiyanın qarşısını almağa yönəldiyini iddia edir./Teleqraf

OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...