Azərbaycan Özbəkistanla birgə forum keçirəcək

Azərbaycan Özbəkistanla birgə forum keçirəcək
Daşkənddə keçirilən "Mərkəzi və Cənubi Asiya: regional qarşılıqlı əlaqə. Çağırışlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.

Sfera.az xəbər verir ki, görüşdə Özbəkistanla Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivləri, ölkələrimiz arasında sıx dostluq münasibətlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Söhbət zamanı ticarət, sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, həmçinin mədəni-humanitar mübadilə proqramlarının həyata keçirilməsi məsələləri barədə də danışılıb.

Görüşdə növbəti sammitə hazırlıq çərçivəsində Özbəkistan-Azərbaycan Birgə Əməkdaşlıq Komissiyasının və İşgüzar Şuranın yüksək səviyyədə iclasının keçirilməsi, birinci Regionlararası Forumun təşkili ilə bağlı razılıq əldə olunub.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də görüşdə iştirak edib.

 

 


OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...