Könül Nurullayeva: “Beynəlxalq Parlamentin mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmasına göstərəcəyi dəstək bölgədə sülhün inkişafına töhfə verəcək”

 Könül Nurullayeva: “Beynəlxalq Parlamentin mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmasına göstərəcəyi dəstək bölgədə sülhün inkişafına töhfə verəcək”
Millət vəkili K.Nurullayeva 13-17 iyul tarixlərində Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin altıncı plenar iclasında iştirak edib.

Sfera.azın məlumatına görə, deputat çıxışı zamanı ilk növbədə Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız parlaq qələbədən söhbət açıb. Eyni zamanda, Könül Nurullayeva müharibənin başa çatmasından keçən 8 ay ərzində işğal zamanı viran edilmiş Qarabağ zonasında kompleks yenidənqurma layihələrinə start verildiyini bildirib. Millət vəkili xüsusilə "Zəfər yolu" layihəsi, yaşıl enerji texnologiyasının tətbiq olunacağı və ekoloji cəhətdən səmərəli olan "Ağıllı kənd" layihəsi, eləcə də strateji əhəmiyyət daşıyan ərazilərdə yeni hava limanlarının və su elektrik stansiyalarının tikintisi üzrə davam edən layihələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Deputat həmçinin Ermənistanın postmünaqişə dövründə həyata keçirdiyi cinayətlərə də diqqət çəkib. Bildirib ki, 120-dən çox Azərbaycan vətəndaşı, o cümlədən iki azərbaycanlı jurnalist ermənilərin işğal zamanı yerləşdirdiyi tank və piyada əleyhinə minaların partlaması nəticəsində həyatını itirib, onlarla insan yaralanıb. Könül Nurullayeva Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentinin mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmasına göstərəcəyi dəstəyin bölgədə sülhün inkişafına töhfə verəcəyini  bildirib. Çıxışının sonunda Milli Məclisin deputatı üzv ölkələri Beynəlxalq Parlamentin əsas fəaliyyət sahəsi olan sülhün təbliğinə dəstək olmağa və bu sahədə ölkələrarası əməkdaşlığı ən yüksək səviyyəyə çıxarmağa çağırıb.

Qeyd edək ki, müxtəlif ölkələri təmsil edən xarici işlər nazirləri, parlament üzvləri və sədrlərinin iştirak etdiyi tədbir Monteneqro Parlamentinin prezidenti Aleksa Becic, Monteneqro Xarici İşlər naziri Dorde Radulovic, Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentin prezidenti Ahmed Alcarvan, qurumun Baş Məclisinin prezidenti Haqqer İsmail İbrahim Abouqbal, Kolimbiya Parlamentinin üzvü və Beynəlxalq Parlamentin spikeri Marqarita Restrepo, Qvatemala Konqresinin prezidenti Allan Eestardo Rodriquez və Parlamentlərarası Birliyin prezidenti Duarte Paçekonun çıxışları ilə davam edib. Tədbir zamanı həmçinin 7 ölkənin Sülh və Tolerantlıq üzrə Beynəlxalq Şuraya üzvlüyü ilə əlaqədar anlaşma memorandumu imzalanıb. Sonda isə təşkilatın rəhbərliyi tərəfindən tədbir iştirakçıları üçün xüsusi ziyafət təşkil olunub.

OXŞAR XƏBƏRLƏR

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...