"Patı-şüşə" qurbanı: damarlarım partlayır, yaram sağalmır, qurd basıb... - VİDEO

Son günlər ölkəmizdə "patı", şüşə kimi adlanan psixotrop maddə metamfetamin vasitələrdən istifadənin geniş yayılması müzakirə mövzusudur.

Demək olar ki, hər gün hüquq-mühafizə orqanları bununla bağlı əməliyyat tədbirləri həyata keçirir və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində işlər aparılır. 

Ölkə.Az xəbər verir ki, bloqçu Nail Kəmərli "patı" və "şüşə" vasitələrinin qurbanı ilə həmsöhbət olub və bunu lentə alıb.

Narkotik aludəçisi söhbəti zamanı bundan əziyyət çəkdiyini, damarlarının partladığını və bədənindəki yaraların sağalmadığını söyləyib. O, insanlara bu vasitədən uzaq durmağı tövsiyə edib. "Patı" qurbanı eyni zamanda bildirib ki, bədənindəki yaraları qurd basır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları narkotiklə mübarizə yönündə birgə səy göstərməyə çağırıb. Belə ki, qurumdan əməliyyat tədbirlərindən biri haqda açıqlama yayarkən, bunun ölkə sakinlərinin məlumatları əsasında həyata keçirdiyini bildirib.
 

OXŞAR XƏBƏRLƏR

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...

"Kişi məndən az pul qazanırsa, ona hörmət edə bilmərəm"

"Mən əgər bir kişidən çox pul qazanacağamsa, o kişiyə hörmət edə bilmərəm".   Sfera.azTürkiyə mediasına istinadən xəbər verir ki, bu sözlər...

Özbəkistan Türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...