Çağla son paylaşımı ilə fikirləri qarışdırdı – FOTO

12:50 / 16.07.2021
536
Son günlər gündəmdən düşməyən məşhur türkiyəli model Çağla Şikel və aktyor Kaan Yıldırım münasibəti haqqında yeni xəbər var.
Sfera.az bildirir ki, cütlük eşq xəbərlərini yalanlasa da, Şikelin son paylaşımı bu iddiaları yenidən gücləndirib. Belə ki, model öz sosial şəbəkə hesabında şəklini izləyiciləri ilə bölüşüb. Maraqlısı odur ki, Çağla Kaan Yıldırımın istehsal etdiyi maskadan istifadə edib.
Digər tərəfdən bu maskalardan vaxtilə Hadisə də taxırdı və o, bu yolla sevgilisi Kaana dəstək olduğunu bildirirdi.
Xatırladaq ki, Çağla Şikel Kaan Yıldırımla sadəcə dost olduqlarını demiş, yayılan sevgi iddialarını təkzib etmişdi. O, "Əgər həyatımda biri olarsa, mən sizə deyərəm”, deyə fikirlərini ifadə etmişdi.
Türkan