Azərbaycanda neçə sahibkar var? – Say açıqlandı

Azərbaycanda neçə sahibkar var? – Say açıqlandı
Azərbaycanda fəaliyyət göstərən sahibkarların sayı açıqlanıb. 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin iyulun 1-də ölkəmizdə 1 275 753 sahibkar olduğu müəəyənləşdirilib.

Sahibkarların 1 114 700-ü fərdi şəxs, 161 053-ü hüquqi şəxs statusuna sahibdir. 

Fərdi sahibkarların 33,3 faizi kənd təsərrüfatı, 21,2 faizi ticarət, 10,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi fərdi istehlak üçün ev təsərrüfatlarının istehsal etdiyi mal və xidmətlərə dair fəaliyyət sahələrində çalışır. 

Ümumilikdə, fərdi şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 78,7 faizi kişi, 21,3 faizi qadındır. 

Hüquqi şəxslərin 92,2 faizi özəl, 6,7 faizi dövlət, 1,1 faizi bələdiyyə müəssisələridir. Müəssisələrin daha çox hissəsini mikro sahibkarlar təşkil edir. Hüquqi şəxs statusu daşıyan müəssisələrin 133 844-ü mikro, 6 824-ü kiçik, 2 659-u orta, 601-i iri sahibkarlıq subyektləridir. 

Vasif
Sfera.az




OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...