CAR-da iğtişaşlarda ölənlərin sayı 117-yə çatdı

CAR-da iğtişaşlarda ölənlərin sayı 117-yə çatdı
Cənubi Afrika Respublikasında (CAR) iyulun 9-dan etibarən baş vermiş iğtişaşlarda ölənlərin sayı arataraq 117 nəfərə yüksəlib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, kiçik biznesin inkişafı naziri Xumbudzo Ntşaveni deyib. Kvazulu-Natalda 91 nəfər dünyasını dəyişib, 1478 nəfər saxlanılıb. Qautenqdə ölənlərin sayı isə 26 nəfərdir.

Qeyd edək ki, CAR-da sabiq prezident Ceykob Zuma ötən həftə həbs edilib. O, korrupsiyada ittiham edilərək 15 ay azadlıqdan məhrum edilib. Zumanın həbsindən sonra tərəfdarları küçələrə çıxaraq kütləvi iğtişaşlar törətməyə başlayıb.


OXŞAR XƏBƏRLƏR