I və IV qrupların imtahanları BU TARİXLƏRDƏ keçiriləcək

18:43 / 15.07.2021
834
İyulun 27-28-də I, 28-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Sfera.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanlarda iştirak edəcək abituriyentlər //eservices.dim.gov.az/brxv linkinə daxil olub buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni çap edə bilərlər.