Mənzil bazarında qiymət artımı güclənib

Mənzil bazarında qiymət artımı güclənib
2021-ci ilin birinci yarısında mənzil bazarında qiymətlər əvvəlki ilin eyni dövrünə nisbətən 2,4 faiz yüksəlib.
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bahalaşma ilkin mənzil bazarında 2 faiz, təkrar mənzil bazarında 2,4 faiz olub.

Qiymət artımı 2021-ci ilin ikinci rübündə güclənib. Məlumatların təhlili göstərir ki, ikinci rübdə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb.
 
Qiymət artımı ilin və təkrar bazarda eyni səviyyədə olub.

İllik müqayisədə bahalaşma tempi artsa da aylıq müqayisədə zəifləyib. Belə ki, bu ilin ikinci rübündə bahalaşma birinci rübə nəzərən 0,9 faiz təşkil edib. Qiymətlərin birinci rübə nisbətən ikinci rübdə artması ilkin bazarda 1,6 faiz, təkrar bazarda 0,9 faiz olub.
 
Vasif
 
 
 

OXŞAR XƏBƏRLƏR